İstifadə Şərtləri
Son yenilənmə tarixi: 12.11.2025
Ümumi məlumat
Bu sayt ASSIST Akademiya tərəfindən idarə olunur və ziyarətçilərə akademiya, təlim proqramları, tədbirlər və digər xidmətlər haqqında məlumat təqdim edir. Sayta daxil olmaqla və ya qeydiyyatdan keçməklə bu şərtləri qəbul etmiş sayılırsınız.
Məzmun və müəllif hüquqları
Saytda yerləşdirilən bütün mətnlər, şəkillər, videolar və digər materiallar ASSIST Akademiyaya məxsusdur. Məzmunun tam və ya qismən surətinin çıxarılması, yayılması və ya kommersiya məqsədilə istifadəsi yalnız Akademiyanın yazılı icazəsi ilə mümkündür.
Qeydiyyat və iştirak
Sayt vasitəsilə təlimlərə qeydiyyat zamanı təqdim etdiyiniz məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyırsınız.
Qeydiyyat təsdiqləndikdən sonra təlimin keçirilmə tarixi, formatı və ödəniş şərtləri Akademiya tərəfindən müəyyən olunur.
Ödəniş və geri qaytarma siyasəti
Təlimlərə qoşulmaq üçün ödənişlər yalnız saytımızda göstərilən rəsmi üsullarla qəbul edilir. Əgər təlimə iştirak etməmək qərarına gəlsəniz, geri qaytarma yalnız Akademiyanın qaydalarına əsasən həyata keçirilə bilər.
Dəyişikliklər
ASSIST Akademiya istənilən vaxt bu şərtləri dəyişdirmək və yeniləmək hüququnu özündə saxlayır. Dəyişikliklər sayt üzərindən dərc olunduğu andan qüvvəyə minir.