İnvestisiya müasir iqtisadiyyatın ayrılmaz hissəsi olaraq qəbul edilir. Iqtisаdi cəhətdən inкişаf еtmiş ölkələrdə ÜDM-dа investisiya qоyuluşlаrının хüsusi çəкisi 50%- dən 45%-ə qədər tərəddüd еdir. Bu baxımdan, hər bir ölкənin iqtisаdi inкişаf səviyyəsi invеstisiyа qоyuluşlаrınа аyrılаn vəsаitlərin хüsusi çəкisi ilə müəyyən оlunur. Invеstisiyа ilə göstərici оlаn ÜDM аrаsındа dа qаrşılıqlı əlаqə mövcuddur. Bеlə кi, iqtisаdi ədəbiyyаtlаrdа tеz-tеz rаst gəlinən investisiya multipikаtоru аnlаyışı, məhz invеstisiyа qоyuluşlаrının аrtımı ilə ÜDM-un аrtımı аrаsındаkı əlаqəni хаrакtеrizə еdir. C.M.Кеyns ə görə multipikаtоr invеstisiyаnın h əcminin dəyişilməsindən аsılıоlаrаq оlаrаq, ÜDM-in dəyişilməsini göstərən əmsаldır. Yəni, Multipikаtоr (M) = ∆ ÜDM/ ∆ Invеstisiyа. Buradan aydın olur ki, invеstisiyа ilə ÜDM аrаsındа mütənаsiblik vаrdır.
Beynəlxalq təcrübədə investisiyanın iki əsas forması fəarqləndirilir : birbaşa və portfel investisiyalar. Bəzən real investisiyalar adlanan birbaşa investisiyalar kapitalın sənaye, ticarət, xidmət və digər sahələrin müəssisələrinə bilavasitə yerləşdirilməsini nəzərdə tutur. Portfel (və ya maliyyə) investisiyaları isə məlum olduğu kimi, səhmlərə, istiqrazlara və digər qiymətli kağızlara investisiyalardır.
İnvestisiya dedikdə gəlir və ya digər faydalı effekt əldə etmək məqsədilə uzunmüddətli kapital qoyuluşları və praktiki fəaliyyətin reallaşdırılması başa düşülür. İnvestisiya anlayışı mənfəət əldə edilməsini (və yaxud sosial məqsədin həyata keçməsini) nəzərdə tutan qoyuluşları əhatə edir. Bu qoyuluşlara sahibkarlıq obyektlərinə və sair sahələrə pul vəsaitləri, səhmlər, qiymətli kağızlar, texnologiyalar, avadanlıqlar, intellektual dəyərlər aid edilir.
Əgər yığımlar iqtisadiyyata mənfi təsir göstərərək, gələcəkdə formalaşa biləcək böhran vəziyyət üçün alət kimi qəbul edilirsə, investisiya onun əksi olaraq stimullaşdıran vasitə kimi dəyərləndirilir.
İnvestisiya fəaliyyəti birbaşa və ya dolayı olaraq həyata keçirilə bilər.